“Neftçi”nin idman direktorunun adı borc qalmaqalında 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin idman direktorunun adı borc qalmaqalında 

Kriminal

09 May 2020 13:32 1021


"Neftçi” PFK-nın idman direktoru Ceyhun Oqtay oğlu Sultanov borcunu ala bilmədiyi üçün məhkəməyə müraciət edib. 

“Yeni Sabah”ın məlumatına görə, C.Sultanov Quliyev Mehman Rəşid oğlundan şikayətçidir. Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində hakim Aida Hüseynin sədrliyi ilə keçiriləcək. 

Ceyhun Sultanov 2018-ci ilin fevral ayında “Neftçi” klubunun idman direktoru vəzifəsinə təyin edilib. 1997/1998 mövsümündə “Neftçi”də çıxış edən və 23 oyunda 6 qol vuran futbolçu, “Fərid” (1996-1997), “Dinamo” (1998-2001), “Maşinsazi” (Təbriz, 2003-2004), “Bakı” (2004-2007), “Xəzər Lənkəran” (2007-2010), “Kəpəz” (2010-2012), “Sumqayıt” (2012), “Qəbələ” (2013) klublarında da oynayıb. O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir.  Toyuqlu pizza

U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub. Tanınmış mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi (2013-2014), “Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!