“Neftçi”nin məşqçisi ağır məğlubiyyətə belə şərh verdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin məşqçisi ağır məğlubiyyətə belə şərh verdi

İdman

09 İyul 2023 10:19 1210


“Neftçi”nin məşqçisi İqor Getman Rusiyada keçirilən beynəlxalq turnirdə “Srveza Zvezda”ya ağır məğlubiyyəti (0:4) şərh edib. 

Yenisabah.az Matv TV-yə istinadən xəbər verir ki, o, Serbiya klubu ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, istədiklərini göstərə bilməyiblər: 

“Birinci hissəni tamamilə uğursuz keçirdik. Məşqçi tapşırıqları icra olunmadı. Bununla məşğul olacağıq. Yalnız onu bəyəndim ki, ikinci hissədə meydana çıxandan sonra oyunu bir qədər bərabərləşdirdik. Müsbət məqamlar var, amma mənfilər daha çoxdur. Xüsusən birinci hissə ilə bağlı (“Neftçi” birinci hissədə 3 qol buraxıb - red.). Bizim futbolçuların çoxu milli komandalarda idi. Onların hamısından 90 dəqiqə istifadə edə bilmədik. Əlbəttə, nəticədən razı deyilik”.  pizza sifarişi

İqor Getman zədələnərək meydanı tərk edən qapıçı Emil Balayev haqda isə deyib: “MRT-dən sonra onu neçə müddətə sıradan çıxdığı bilinəcək”. 

Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda “Zenit”ə (Sankt-Peterburq) 1:3 hesabı ilə uduzub. Hazırda komanda sonuncu yeri tutur. Bakı təmsilçisi turnirdə növbəti - sonuncu oyununu iyulun 15-də "Fənərbaxça"ya (Türkiyə) qarşı keçirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!