“Neftçi“nin prezidenti Emin Mahmudovun məsələsinə aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“nin prezidenti Emin Mahmudovun məsələsinə aydınlıq gətirdi

İdman

01 İyun 2023 15:47 860


“Neftçi”nin prezidenti Kamran Quliyev komandanın kapitanı Emin Mahmudovun gələcək taleyi ilə bağlı sualı cavablandırıb.

Yenisabah.az Apasport-a istinadla xəbər verir ki, o, “Errea” ilə müqavilə imzalama mərasimində Eminin hələ qərar vermədiyini açıqlayıb.

K. Quliyev bildirib: “Onunla söhbətim olub. Kubokun finalından sonra qərarımızı verəcəyik. Bunu bərabər oturub müzakirə edəcəyik. Söhbət tək maddiyyatla bağlı deyil. Əgər Emin "Neftçi"də qalsa, ölkədə ən çox maaş alan futbolçulardan “üçlük”də olacaq. Ona çox yaxşı təklif etmişik. Layiq olduğu təklifdir, haqq etdiyi. Son ilin performansı digər illərə nisbətən daha yaxşı idi. Emin Mahmudov Azərbaycanda tək "Neftçi"ni düşünür. Xaricə getməli olsa, sırf özü üçün yeni macəra olacaq. Dəqiq deyim ki, qərar verməyib. Kubokdan sonra biləcəyik”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!