"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Makkabi" (Hayfa, İsrail) növbəti matçına çıxıb.
Komanda Toto kubokunun yarımfinalında "Hapoel" ilə (Tel-Aviv) qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, "Makkabi" rəqibinə 2 cavabsız qolla qalib gəlib. Sonda "Makkabi"turnirin finalında Ber-Şeva "Hapoel"i ilə qarşılaşacaq. pizza hut
Qeyd edək ki, "Neftçi" ilə "Makkabi" arasındakı ilk matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Komandalar arasında cavab görüşü avqustun 26-sı İsraildə olacaq.
"Makkabi" (Hayfa) - "Hapoel" (Tel-Aviv) - 2:0
Qollar: Əbu-Fani, 88, David, 90+2
Mehri Qurban
Telegram kanalımız