“Neftçi”nin transfer qadağası ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin transfer qadağası ləğv edildi

İdman

08 May 2026 22:09 106


"Neftçi" futbol klubuna FIFA tərəfindən tətbiq edilmiş transfer qadağası geri götürülüb.

"Yeni Sabah" xəbər verir ki, klubdan verilən məlumata görə, qadağanın qoyulmasına texniki səhv səbəb olub.

Artıq problem tamamilə həll edilib və qadağanı əks etdirən məlumat FIFA-nın rəsmi saytından silinib. Bununla da paytaxt təmsilçisinin heyətinə yeni oyunçular qatması üçün heç bir hüquqi maneə qalmayıb. Dominos pizza

Xatırladaq ki, bir müddət əvvəl FIFA-nın rəsmi portalında "Neftçi"nin adı transfer qadağası qoyulan klublar siyahısında yer almışdı. Klub rəhbərliyi məsələnin qısa zamanda həll olunacağını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!