Kiyevdən Bakıya ardıcıl zənglər –   Sabiq nazir səbəbini AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdən Bakıya ardıcıl zənglər – Sabiq nazir səbəbini AÇIQLADI

Siyasət

07 May 2026 17:39 593


“Azərbaycan öz imkanlarından istifadə edib, Moskva və Kiyev arasında bəzi məsələlərdə vasitəçilik funksiyalarını həyata keçirir”.

Bunu “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, 9 May qələbə paradı öncəsi Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs əldə edilə bilər: pizza hut

“9 May Faşizm üzərində qələbənin növbəti ildönümü ilə bağlı Moskvada keçiriləcək parada hazırlıq gedir. Bu hərbi tədbir ölkə daxilində təbliğat aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə lazımdır. Ona görə də Kreml istəyir ki, Ukrayna ilə müvəqqəti də olsa, atəşkəsə nail olsun. Ukrayna isə öz növbəsində hansısa şərtlər irəli sürür. Azərbaycan iki ölkə arasında təmasların yaradılmasında hansısa rol oynaya bilər. Bakı Moskva və Kiyev arasında vasitəçi qismində hər hansı ciddi nəticə əldə edə bilsə, bu müsbət təcrübə olacaq. Bu baxımdan, Azərbaycan gələcəkdə daha vacib və əsaslı mövzuların həll edilməsində Rusiya və Ukraynaya köməklik göstərə bilər”.

Sabiq nazir xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Avropa Siyasi Birliyi”nin mayın 4-də İrəvanda keçirilən sammitində çıxışı zamanı 9 May qələbə paradına toxunub və həmin gün Ukrayna PUA-larının Moskva istiqamətində uçacağını istisna etməyib.

T.Zülfüqarovun fikrincə, Azərbaycan və digər ölkələrin ali rəhbərliyinin Moskva paradında iştirakı sual altındadır.

“Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəslə bağlı razılıq əldə olunmasa, Kremlin paradda təhlükəsizliyin təmin edilməsi baxımından heç bir zəmanəti ola bilməz. Çünki bu tədbirdə təkcə yüksək vəzifəli qonaqlar yox, həm də sıravi Rusiya vətəndaşları da iştirak edəcək. İlk növbədə də hərbçilər. Bu baxımdan, Ukrayna belə hədəflərin vurulmasını qanuni hesab edir”.

Qeyd edək ki, son vaxtlar Bakı və Kiyev arasında təmaslar intensivləşib. Aprelin 25-də V.Zelenski Azərbaycanda işgüzar səfərdə olub, Qəbələ şəhərində Prezident İlham Əliyevlə görüşüb.

Eyni zamanda, xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andriy Sıbiha ilə görüşərək qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Mayın 6-da V.Zelenski Azərbaycan liderinə zəng edib. Telefon söhbəti zamanı iki ölkə arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə olunub. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə edilən məsələlərin ikitərəfli gündəlik çərçivəsində reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Volodimir Zelenski də öz paylaşımında bir neçə həftə əvvəl Azərbaycana səfəri zamanı əldə olunan razılaşmaların icrasını İlham Əliyevlə müzakirə etdiyini bildirib.

Elə həmin gün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Andriy Sıbiha arasında da telefon danışığı olub.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!