Təqaüdə layiq görülən kinorejissor: “Neçə illərdir ümidlə yaşayırdım”

saytların hazırlanması

Evə çatdırılma

Təqaüdə layiq görülən kinorejissor: “Neçə illərdir ümidlə yaşayırdım”

Mədəniyyət

07 May 2026 16:55 185


“Təbriklər üçün hər kəsə təşəkkür edirəm".

Bunu "Yeni Sabah"a Əməkdar incəsənət xadimi Cahangir Mehdiyev bildirib.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin fərdi təqaüdü ilə təltif edilmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü qeyd edib: Marqarita pizza

“Təxminən 15 dəqiqə öncə öyrənmişəm. Gözləmirdim. Mənim üçün çox sevindirici xəbər oldu. Zəng gələndə mağazada idim. Neçə illərdir ki, ümidlə yaşayırdım. Mənim üçün böyük uğurdur".

C.Mehdiyev əlavə edib ki, mayın 14-dən sonra Kino Fondda yubiley mərasimi və sonuncu filmi olan “Hacı Qara”nın təqdimatı olacaq:

"İstəyən hər kəs iştirak edə bilər”.  

Qeyd edək ki, 2026-cı il üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!