Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 292,3 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Bu barədə “Yeni Sabah”a nazirlikdən məlumat verilib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə müavinət və kompensasiya, zərərə görə ödəncdən ibarət olub. pizza sifarişi
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 50 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Telegram kanalımız