Ukraynanın mayın 6-dan qüvvəyə minən "sükut rejimi"nə heç bir reaksiyası olmayıb.
"Yeni Sabah" xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 6 may gecə yarısından etibarən "sükut rejimi" barədə bəyanatına münasibət bildirərkən deyib.
Kreml sözçüsü vurğulayıb ki, Moskvanın elan etdiyi atəşkəs 8 və 9 mayda qüvvədə olacaq. Dominos pizza
Peskov Rusiyanın Ukrayna münaqişəsinin həlli üçün danışıqların və Vaşinqtonun bu prosesdə vasitəçilik etməyə davam edəcəyini gözlədiyini bildirib.
Mətbuat katibi qeyd edib ki, Yaxın Şərqdəki böhran ucbatından danışıqçılar hazırda digər məsələlərlə məşğuldurlar.
Peskov Kremlin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun ABŞ-a səfərinin məqsədi barədə məlumatsız olduğunu da qeyd edib.
Telegram kanalımız