Qars-Gümrü dəmir yolu üçün texniki qiymətləndirmə aparılır - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Qars-Gümrü dəmir yolu üçün texniki qiymətləndirmə aparılır - Paşinyan

Dünya

07 May 2026 13:37 104


Qars-Gümrü dəmir yolunun və əlaqəli infrastrukturun bərpası üzrə işlər davam edir, lakin son tarixlər barədə danışmaq hələ tezdir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz bu istiqamətdə işləyirik və hazırda son tarixlər barədə heç nə deyə bilmərəm, çünki bir çox texniki qiymətləndirmə işləri var”, - o qeyd edib. Dominos pizza

Paşinyanın sözlərinə görə, texniki problemləri aşkar olunur: “Ehtiyacları qiymətləndirib işə başlamalıyıq”.

Xatırlatma: Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq, aprelin 28-də Qarsda Gümri-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində Gümri-Qars dəmir yolunun tezliklə istismara verilməsinin vacibliyini vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!