Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə Heyətinin sədrinin müşavirlərindən biri vəzifədən azad olunub.
“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq sədrin müşaviri vəzifəsindən azad edilərək təqaüdə yola salınıb. Dördpendirli pizza
Telegram kanalımız