Əməkdar artist Lalə Məmmədova illər əvvəlki şou-bizneslə indiki dövr arasında ciddi fərq olduğunu deyib.
“Yeni Sabah” xəbər verir ki, o, “Gün ortası” proqramında keçmişdə musiqidə sağlam rəqabətin mövcud olduğunu bildirib.
Müğənninin sözlərinə görə, həmin dövrdə ifaçılar bir-biri ilə keyfiyyətli mahnı və kliplərlə yarışırdı, indi isə vəziyyət tam fərqlidir və bir çox ifaçılar yalnız toy bazarı üçün çalışırlar: pizza
“Əvvəllər yaxşı mahnı eşidəndə daha gözəl iş ortaya qoymağa çalışırdıq. İndi isə musiqidən anlayışı olmayanlar ucuz ritmlərlə bazarı doldurur”.
L.Məmmədova əlavə edib ki, bəzi mahnılar keyfiyyətli musiqilərin dəyərini aşağı salır və bu vəziyyət Azərbaycan musiqisinə mənfi təsir göstərir.
Telegram kanalımız