Zaxarova xəbərdarlığı təkrarladı: Kiyevi təcili tərk edin!

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova xəbərdarlığı təkrarladı: Kiyevi təcili tərk edin!

Dünya

07 May 2026 13:28 105


Rusiya Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşlarını və xarici diplomatik korpusları Kiyevi dərhal tərk etmək barədə Rusiya Müdafiə Nazirliyinin tövsiyələrini ciddi qəbul etməyə çağırıb.

"Yeni Sabah" xəbər verir ki, nazirliyinin sözçüsü Mariya Zaxarova bunu brifinqdə bildirib.

"Biz Ukrayna vətəndaşlarını və xarici diplomatik korpusları həm Müdafiə Nazirliyinin Kiyevi dərhal tərk etmək tövsiyəsini ciddi qəbul etməyə çağırırıq. Əgər Kiyev rejimi Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümünün qeyd edilməsini pozmaq üçün cinayətkar planlarını həyata keçirməyə cəhd edərsə, bu şəhər kütləvi cavab raket zərbəsinə məruz qala bilər", - deyə o vurğulayıb. pizza mizza

Rusiya Müdafiə Nazirliyi mayın 4-də Ukraynanın Qələbə Günü şənliklərini pozmağa cəhd göstərəcəyi təqdirdə Rusiyanın Kiyevin mərkəzinə kütləvi cavab raket zərbəsi endirəcəyini bildirib.

Bəyanatda deyilir: "Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri dərhal tərk etmələrinin vacibliyi barədə xəbərdar edirik".

Mayın 6-da Rusiya Xarici İşlər Nazirliyi bütün xarici diplomatik nümayəndəliklərə və nazirlikdə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndəliklərinə diplomatik nümayəndəliklərin əməkdaşlarının Kiyevdən vaxtında təxliyə edilməsi tələbi ilə nota göndərildiyini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!