Qeyri-iş günlərində metronun iş rejimi dəyişdirilir.
Bu barədə "Yeni Sabah"a Bakı Metropolitenindən məlumat verilib.
Bildirilib ki, 9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək: Marqarita pizza
9 və 11 mayda “28 May–Əhmədli” mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq.
Bənövşəyi xətdə, “Cəfər Cabbarlı–Xətai” və “Həzi Aslanov–Əhmədli” mənzillərində mövcud qrafik dəyişməz qalacaq.
“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək.
Sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün:
Stansiyalarda nəzarət gücləndiriləcək.
Əlavə işçi qüvvəsi ayrılacaq.
Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Aytac Əliyeva
Telegram kanalımız