“Xalq yazıçısının gəlininin dayısı qızı boşandı”, “Cəlilabadda şəhid anasının baldızı dünyasını dəyişdi”, “Xalq artistinin qardaşı oğlunun qayını həbs olundu”, “Məşhur iş adamının kirvəsi qəfil intihara etdi” və s. və ilaxır.
Sosiallaşan mediamız bu cür xəbər başlıqlarıyla vətəndaşlarımızı da sosiallaşdırır, onların tənhalığa qapılan cəmdəyini sürüyüb evdən çıxarır, sıraviləri günün, bəzən həftənin məşhuruna çevirir”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə şair Aqşin Yenisey çıxış edib. Sezar pizza
O, mediadakı bəzi xəbər başlıqlarını tənqid edib. Bildirib ki, əslində isə bu cür xəbər başlıqlarıyla media ictimai şüuru sıraviləşdirir: “İnsanların siyasətdən, sənətdən, ədəbiyyatdan, təhsildən gözləntilərini bəsitləşdirir. Tüfeyli bir cəmiyyət obrazı yaradır.
Bu tüfeyli cəmiyyət də özünü tədbir görüntüləriylə mənalandırır. Orada tədbir, burada tədbir. Artıq tanınmağı, məşhurluğu haqq edən adamları da bu tədbirlərə sayılıb-seçilən sərgərdan kimi dəvət edirlər.
Sıraviləri məşhurlaşdıran media ən böyük zərbəni mədəniyyətə vurur. Çünki qısa müddətdə bu sıravilər ticarət mənşəli iqtisadiyyatımızın müştəri tutmaq üçün qarmağına keçirdiyi məşhur soxulcanlara çevrilirlər.
İqtisadiyyat nəyi dəstəkləyirsə, cəmiyyəti də ona tabe olmağa məcbur edir. Bu gün istər qlobal, istər milli məkanda neqativ nə varsa, hamısının arxasında iqtisadiyyat dayanıb.
Hətta dinlər də - musəvilik olsun, xristianlıq olsun, islam olsun - dövrünün iqtisadi imkanlarını ələ keçirmək cəhdləri idi. Məsələn, manixeizm iqtisadi perspektiv vəd etmirdi deyə yaşaya bilmədi. Alman baronlar Vatikana vergi vermək istəmirdilər deyə Lüteri qorudular, lüteranizmi dəstəklədilər və s.
İndi görün, Xalq yazıçısının gəlininin dayısı qızının boşanması, məşhur iş adamının kirvəsinin qəfil intihar etməsi xəbəri hansı milli müsibətlərə yol açır”.
Telegram kanalımız