Vəfa Mustafayev Fransada   VƏFAT ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Vəfa Mustafayev Fransada VƏFAT ETDİ

Hadisə

07 May 2026 10:03 354


Fransadakı Azərbaycan diasporunun fəal üzvü, tanınmış alim Vəfa Mustafayev vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1938-ci ildə Bakıda anadan olan Vəfa Mustafayev orta və ali təhsilini doğma şəhərində alıb. Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb. Pepperoni pizza

Vəfa Mustafayev uzun illər Parisdə UNESCO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib. Azərbaycanın gənc istedadlarının UNESCO platformalarında tanıdılmasına, ölkəmizlə UNESCO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!