Bakının mərkəzindəki bu yol bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzindəki bu yol bağlanır

İqtisadiyyat

07 May 2026 09:56 164


Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, qeyd olunanlarla əlaqədar, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sezar pizza

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, - qurumdan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!