Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
"Yeni Sabah" xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan taxıl və 2 vaqondan ibarət, çəkisi 133 ton olan alüminium (ilk dəfə göndərilir) Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 26 min tondan çox taxıl, 3800 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Pepperoni pizza
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Telegram kanalımız