Yay mövsümünə sayılı həftələr qaldıqca Bakıda kirayə bazarı ilə bağlı suallar da artır. Vətəndaşları ən çox düşündürən məqamisə qiymətlərin yenidən bahalaşıb-bahalaşmayacağıdır. Xüsusilə ev axtaranlar və kirayədə yaşayan ailələr indidən bazardakı dəyişiklikləri diqqətlə izləyir.
Bəs bu yay Bakıda kirayə qiymətləri necə dəyişəcək və ən çox tələb olan ərazilər hansılar olacaq?
Mövzu ilə bağlı “Yeni Sabah” a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hər il avqustun sonundan sentyabrın sonuna qədər kirayə bazarında ciddi sıxlıq yaranır: Sezar pizza
“Adətən, avqustun sonundan sentyabrın sonuna qədər kirayə bazarında ciddi çətinlik yaranır. Xüsusilə 700-800 manata qədər olan mənzilləri tapmaq çətinləşir. Bakı şəhərinin mərkəzi hissələrində, metro yaxınlığında, əsas yol kənarlarında, hətta paytaxtətrafı qəsəbələrdə belə münasib qiymətə ev tapmaq problemə çevrilir.
Son illər bəzi tələbələr həmin problemlə qarşılaşmamaq üçün yay aylarında da kirayədə qaldıqları mənzili saxlayırlar. Çünki avqust-sentyabr aylarında eyni evi yenidən 15-30 faiz daha baha qiymətə kirayələmək məcburiyyətində qalırlar”.
Onun sözlərinə görə, yay mövsümündə bağ evlərinə tələbat da artır:
“Pandemiyadan sonra xüsusilə 2021-ci ildən etibarən bağ evləri bazarı xeyli genişlənib. Son illərdə Rusiyadan və digər ölkələrdən gələn turistlərin sayının artması dənizkənarı ərazilərdə kirayə qiymətlərinə də təsir edib. Hazırda həmin istiqamətdə həm tələbat, həm də təklif artır.
Ev sahibləri çalışırlar ki, mənzilləri daha cəlbedici və likvid olsun. Buna görə də əlavə şərait yaradılır və nəticədə qiymətlər yüksəlir”.
Ekspertin fikrincə, yaxın illərdə kirayə qiymətlərində ciddi ucuzlaşma gözlənilmir:
“Son 10 ildə həyata keçirilən pilot layihələr nəticəsində şəhərin mərkəzi hissəsində yerləşən köhnə yaşayış binalarının sayı azalıb. Sovetski, Kubinka və digər ərazilərdə aparılan söküntülər ucuz kirayə mənzillərin həcmini aşağı salıb.
Tikinti şirkətlərinə kütləvi şəkildə icazələrin verilməməsi bazarda yeni mənzil təklifini azaldır. Son 10 ildə inşaat həcmi təxminən 8 dəfə azalıb. Mənzil satış qiymətləri ən azı 30-40 faiz aşağı düşməlidir ki, bu da kirayə bazarına təsir etsin. Hazırkı vəziyyətdə isə bunun yaxın 2-3 ildə baş verməsi real görünmür”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız