2 keçmiş müdafiə naziri edam olunacaq

saytların hazırlanması

Evə çatdırılma

2 keçmiş müdafiə naziri edam olunacaq

Dünya

07 May 2026 15:30 149


Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenxe edam cəzasına məhkum ediliblər.

"Yeni Sabah" Xinhua-ya istinadla xəbər verir ki, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər.

Li Şanfu və Vey Fenxe 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar. Dördpendirli pizza

Çin lideri Si Cinpin 2012-ci ildə hakimiyyətə gəlişindən sonra həyata keçirilən korrupsiyaya qarşı genişmiqyaslı mübarizənin əsas hədəflərindən biri ordu olub.

Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenxe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!