Abşeronda qəbiristanlığa atılan uşağın atası tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda qəbiristanlığa atılan uşağın atası tapıldı

Hadisə

07 May 2026 15:23 244


Abşeron rayonu ərazisində qəbiristanlığın yaxınlığına atılan azyaşlının atası  tapılıb.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, uşağın atasını görüş üçün sığınacağa dəvət ediblər: pizza

“Uşağın atası bizi sosial media vasitəsiylə tapıb. Onun üçün maraqlı olan əsas məqam ananın tutulub, tutulmadığıdır. Sabah üçün dəvət etmişik. Görək, gələcəkmi. Kimliyi barədə dəqiq məlumatımız yoxdur. İnşallah sabah gəlsə, görüşəcəyik. Bu barədə Sosial Xidmətlər Agentliyinə də məlumat vermişik. Mənim düşüncəmə görə, bu cür insanlar sonradan övladlarının arxasınca sadəcə maraq üçün gəlirlər. Ya da qarşı tərəfi cəzalandırmaq üçün”.

Qeyd edək ki, mayın 5-də Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb. Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!