Məşhurlar burada konsert verir -   Yoxlama şok faktları üzə çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlar burada konsert verir - Yoxlama şok faktları üzə çıxardı

Sosial

07 May 2026 17:01 144


“Hayal Kahvesi” ictimai iaşə obyektində istehlaka yararsız qida məhsulları aşkarlanıb.

Bu barədə "Yeni Sabah"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən “Hayal Kahvesi” MMC-yə məxsus “Hayal Kahvesi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. pizza sifarişi

Yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.

Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!