Ləğv edilən qurumların rəhbərləri kimdir? -   MARAQLI FAKTLAR

saytların hazırlanması

Evə çatdırılma

Ləğv edilən qurumların rəhbərləri kimdir? - MARAQLI FAKTLAR

İqtisadiyyat

07 May 2026 17:02 808


Azərbaycanda iki qurum - “BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilib və Bakı Metropoliteninə birləşdirilib. Bu barədə mayın 7-də Prezident İlham Əliyev fərman imzalayıb.

“Yeni Sabah” ləğv edilmiş qurumlar və onların rəhbərləri ilə bağlı faktları təqdim edir:

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Marqarita pizza

“BakuBus” MMC-nin direktoru Hikmət Qəribovdur. O, bu vəzifəyə 2024-cü il aprelin 19-da təyin edilib. H.Qəribov direktor vəzifəsində Elnur Qarayevi əvəzləmişdi.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Bakı Taksi Xidməti” MMC Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılmışdı.

“Bakı Taksi Xidməti” MMC-yə Fuad Əliyev rəhbərlik edir. O, 2019-cu ilin iyul ayında əvvəlki direktor Ələsgər Şirinov vəzifəsindən ayrıldıqdan sonra bu quruma rəhbər təyin edilib.

Fuad Əliyev buna qədər həmin müəssisədə direktor müavini vəzifəsində çalışıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!