“Neftçi”nin vitse-prezidenti vəzifədən getdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin vitse-prezidenti vəzifədən getdi

İdman

25 Sentyabr 2023 13:05 687


“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb. 

Yenisabah.az xəbər verir ki, Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib. 

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.  Dördpendirli pizza

Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!” 

Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!