“Neftçi”nin yeni baş məşqçisi ilə bağlı SON XƏBƏR 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin yeni baş məşqçisi ilə bağlı SON XƏBƏR 

İdman

09 Oktyabr 2024 14:15 846


"Neftçi"nin yeni baş məşqçisinin kimliyi qarşıdakı günlərdə açıqlanacaq. 

Yenisabah.az xəbər verir ki, sportinfo.az bununla bağlı kluba yaxın mənbələrdən son dəqiqə məlumatı əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Roman Qriqorçuku əvəzləyəcək şəxsin əcnəbi olması ehtimalı güclənib. Toyuqlu pizza

Yerli namizədlər arasında seçim etməyə çətinlik çəkən «ağ-qaralar» üzünü yenidən ölkə xaricinə çevirib.

Menecerlərə hazırda klubsuz olan tanınmış mütəxəssislərin siyahısını tərtib və təqdim edilməsi tapşırılıb. Müşahidə Şurası yekun qərarı vermək üçün bugünlərdə toplaşacaq.

İyunun sonuda sükan arxasına keçmiş Roman Qriqorçuk srağagün iş yerini tərk edib. Ukraynalı ilə 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Buna səbəb komandanın mövsümə uğursuz start götürməsidir. Qriqorçuk Premyer Liqanın ilk dövrəsində cəmi 5 xal toplaya bilib.

Paytaxt təmsilçisi çempionatda qələbə qazanmayan yeganə iştirakçı kimi antirekorda imza atıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!