“Neftçi”nin yeni baş məşqçisindən ilk açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin yeni baş məşqçisindən ilk açıqlama

İdman

11 İyul 2023 14:29 1030


“Neftçi” Azərbaycanda ən böyük və ən güclü azarkeş bazasına malik klubdur. “Neftçi” azarkeşləri Avropada öz sədaqəti və dəstəyi ilə tanınırlar. Mən onlarla yaxşı əlaqə quracağıma əminəm, çünki günün sonunda nə ediriksə, azarkeşlərimiz üçün edirik. 

Yenisabah.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu klubun saytına açıqlamasında deyib. 

Bakı təmsilçisi ilə 2 illik müqavilə imzalayan rumıniyalı mütəxəssis məqsədi haqda da danışıb: "Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir. İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”. Dördpendirli pizza

Qeyd edək ki, "Neftçi" Peşəkar Futbol Klubu yeni baş məşqçisi Adrian Mutunu təqdim edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!