“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlandı

İdman

30 Sentyabr 2023 15:21 592


“Neftçi”nin zədəli futbolçusu Andre Şinyaşiki gələn həftə komanda ilə məşqlərə qoşulacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.

O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini söyləyib. pizza sifarişi

Qeyd edək ki, braziliyalı oyunçu “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın VII tur oyununda əzələsindən zədə alıb.

“Neftçi” bu gün VIII turda “Turan Tovuz”un qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!