Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu başa çatacaq.
“Yeni Sabah” xəbər verir ki, mövsümün ilk turunun son oyununda “Neftçi” doğma meydanında “Sabah”ı qəbul edəcək. Bakcell Arenada keçiriləcək matça 20:00-da start veriləcək.
Qeyd edək ki, mövsümün ilk turunun ilk oyununda “Keşlə” “Qarabağ”ı qəbul edib və 0:1 hesabı ilə uduzub. Digər oyunda “ Qəbələ” doğma meydanında “Sumqayıt”la qarşılaşıb və qonaqlar 0:2 hesablı qələbə qazanıb. Dünən isə “Zirə” “Səbail”in qonağı olub, matç ev sahibinin 1:0 qələbəsi ilə başa çatıb. Toyuqlu pizza
Telegram kanalımız