“Neftçi”ylə razılaşmayan hücumçu “Sabah”a keçir? 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi”ylə razılaşmayan hücumçu “Sabah”a keçir? 

İdman

13 May 2020 13:45 1403


Deyəsən, Baqali Dabonun 2 illik "Neftçi" karyerası başa çatmaq üzrədir.

Yenisabah.az xəbər verir ki, fransalı hücumçu klub rəhbərliyinin yeni müqavilə təklifini qəbul etməyib.

2018-ci ilin yayında «Qəbələ»dən gələn forvard əvvəlki şərtlərlə kontraktının müddətini artırmaqdan boyun qaçırıb. O, daha artıq maaş tələbiylə çıxış edib, əks halda, koronavirus pandemiyasından sonra meydançaya çıxmayacağını, hətta məşqlərə qatılmayacağını bildirib. Dominos pizza

Tərəflər arasında problem ötən ayın son ongünlüyündə ciddiləşib. Səbəb martda aparılan danışıqların məntiqi nəticəsinin olmamasıdır. Belə ki, Dabo 2 ay öncə əməkhaqqının artırılması şərtini irəli sürərək razılıq alsa da, gözləntiləri apreldə doğrulmayıb.

Rəsmilər müxtəlif amilləri önə çəkərək, buna imkanlarının çatmadığını açıqlayıb. Elə bu da fransız legioneri özündən çıxarıb. İndi isə onun öz xidmətini menecerlər vasitəsilə «Sabah»a təklif etməsi haqda söyləntilər var.

Masazır təmsilçisinin Daboya maraq göstərməsi də məlumdur. Sadəcə, «Sabah» hücumçunun hazırkı klubu ilə məsələsinə birdəfəlik aydınlıq gətirməsini gözləyir. /Sportinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!