Neftə olan təlabat gələn il azalacaq

saytların hazırlanması

Evə çatdırılma

Neftə olan təlabat gələn il azalacaq

İqtisadiyyat

23 Oktyabr 2020 12:59 897


Azalan neft tələbatı 2021-ci ildən sonra da davam edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Banka görə, COVID-19-un əmtəə bazarına təsiri ən çox enerji qiymətlərində hiss olunur: “Epidemiyanın təsiri ən çox enerji qiymətlərində hiss edilir və azalan neft tələbatı 2021-ci ildən sonra da davam edəcək. Bu il neft, təbii qaz və kömür tərəfindən formalaşan enerji əmtəələrinin qiymət indeksində 32,7 azalma gözlənilir”. pizza hut

COVID-19 epidemiyası səbəbindən ilin əvvəlindəki kəskin enmələrdən sonra demək olar ki, ilin üçüncü rübündə bütün əmtəə qiymətləri bərpa olunub. Metallar və kənd təsərrüfatı malları epidemiya səbəbindən yaranan zərəri kompensasiya edə bilib. Enerji qiymətlərinin bir qədər yaxşılaşmasına baxmayaraq, gələn il də epidemiyadan qabaqkı səviyyədən aşağıda qalacağı nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!