“Neftin bahalaşması manatın ucuzlaşmasını gecikdirdi“ - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Neftin bahalaşması manatın ucuzlaşmasını gecikdirdi“ - Ekspert

İqtisadiyyat

26 Yanvar 2022 14:10 1402


Bu gün “Azəri light” markalı neftin qiyməti yenidən bahalaşıb – 92 dollar. Bu artımın ölkəmizə zərəri və ya faydası nədir?

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, neftin bahalaşması ilə Azərbaycanın manevr etmə imkanı yaranır. Ən sadə təbirlə, ölkəyə daha çox valyuta gəlir. Özəl sektor və ya şirkətələrə yox, birbaşa hökumətə. Neftin büdcə qiyməti 45 dollarla götürülüb, indiki halda qiymət artımı 2 dəfə çox pul deməkdir. Bir sözlə, neftin qiymətinin qalxmasının Azərbaycana faydası böyükdür”.

Akif Nəsirli manatın devalivasiya ehtimalının azaldığını da bildirib: “Hazırda valyuta kursunun saxlanması, yəni manatın devalivasiyası aktualdır. Çoxları gözləyir ki, manat devalivasiyaya uğrayacaq və hökumət də buna hazırdır. Amma “qara qızıl”ın bahalaşması manatın devalivasiyasını gecikdirmə imkanı yaradır”. Toyuqlu pizza

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!