Neftin kəllə-çarxa çıxan qiyməti:   Maaş və pensiyalar artacaqmı?

saytların hazırlanması

Evə çatdırılma

Neftin kəllə-çarxa çıxan qiyməti: Maaş və pensiyalar artacaqmı?

İqtisadiyyat

09 İyun 2022 15:22 2455


"Azərbaycanda pensiya və maaşların real alıcılıq qabiliyyəti aşağı düşüb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

O, “Azeri Light” markalı Azərbaycan neftinin bahalaşmasına (130,02 $) istinadla maaş və pensiyaların tezliklə artacağı rəyinə münasibət bildirib. pizza

Ekspert inflyasiyanın real statistik rəqəmlərdən xeyli yüksək olduğunu deyib:

“3 ildən çoxdur ki, Azərbaycanda inflyasiya sürətlənib. İnsanların aldığı pensiya və maaşların real alıcılıq qabiliyyəti aşağı düşüb. Nominal olaraq sabit qalsa da, real olaraq pensiya, maaş və müavinətlər azalıb.

İnsanlar bir ay əvvəl aldıqlarını artıq ala bilmirlər. Vətəndaşların gəlirləri kompensasiya olunmayıb. Maaşlar ötən il bir qədər artdı, amma əmək pensiyasının indeksasiyası getmədi. Hökumət bəyan edirdi ki, bundan artığına büdcə imkan vermir. Amma indi Azərbaycan hökuməti hər ay 1.5 milyard artıq vəsait qazanır. Maaşı da, pensiyanı da qaldırmaq olar. Buna şərait də var”.

Bu gün minimum əmək pensiyası 240, ortalama isə 280 manatdır. 280 manatla 25 il əmək sərf edən, dövlətə xeyr verən ahıl vətəndaş bir ay yaşaya bilər? Təbii ki, yox. Həmin məbləğ heç onun dərmanları çatmır. 

Birinci növbədə əmək pensiyaları kompensasiya edilməlidir. İndiki inflayasiya uyğunlaşdırılmalıdır. Əmək haqqı da ən azı 30-40 faiz qaldırılmalıdır”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!