“Neftin qiyməti 100 dolları keçsə...” – Ələkbərov narahatdır 

saytların hazırlanması

Evə çatdırılma

“Neftin qiyməti 100 dolları keçsə...” – Ələkbərov narahatdır 

İqtisadiyyat

07 Sentyabr 2021 12:09 1850


"Lukoyl"-un prezidenti Vahid Ələkbərov bildirib ki, dünya bazarında neftin qiyməti 100 dolları keçərsə, bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq. 

RİA Novosti yazır ki, Ələkbərovun fikrincə, neftin bahalaşması aşağı rentabelli və az effektli layihələrə investisiya qoyuluşunu artıra bilər ki, nəticədə də bazarın "çökməsi" baş verər. "Neftin qiymətinin yenidən bir barel üçün 100 dolları keçdiyini görmək istəməzdik. Belə ki, bu, aşağı rentabelli, az effektli layihələri stimullaşdıra bilər. Bundan sonra da artıq bir dəfə keçdiyimiz nöqtəyə – bazarın "çökməsinə" qayıda bilərik", – deyə o bildirib.

Ələkbərov onu da əlavə edib neftin bir barelinin qiymətinin 65-75 dollar civarında qalması istehlakçılar üçün əlverişlidir və OPEC+ ölkələri neft hasilatının nizamlanması hesabına bu qiyməti saxlamaq niyyətindədir. Dominos pizza

Qeyd edək ki, hazırda bir barel "Brent" markalı xam neftin noyabr fyuçerslərinin qiyməti 73 dollara yaxınlaşır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!