Brent markalı neftin qiyməti 2014-cü il sentyabrın 9-dan (aprel fyuçerslərinə görə) ilk dəfə olaraq bir barel üçün 100 dolları ötüb.
Yenisabah.az xəbər verir ki, may ayında çatdırılma fyuçers kotirovkaları bir barel üçün təxminən 97 dollar təşkil edir.
Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 2,8% artaraq 99,58 dollar/barelə çatıb. Sezar pizza
Eyni zamanda, əvvəllər ticarət zamanı 100,01 dollara çatmışdı. May fyuçersləri də 2,8% bahalaşıb, lakin 96,71 dollar olub.
WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 2,9% artaraq 94,77 dollar/barelə çatıb.
Telegram kanalımız