Neftin qiyməti 173 dollaradək yüksələ bilər -   Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Neftin qiyməti 173 dollaradək yüksələ bilər - Proqnoz

İqtisadiyyat

04 Fevral 2021 13:59 1055


ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək yüksələ bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə EIA-in 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatında qeyd olunub.

Məlumata görə, qeyd olunan qiymət 2020-ci il üçün dollar məzənnəsinə uyğun olaraq hesablanıb. pizza

Mütəxəssislərin fikrincə, mənfi ssenariyə uyğun olaraq, hesabat dövründə "Brent"in qiyməti 48 dollar, realistik ssenariyə uyğun isə 95 dollar təşkil edə bilər. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!