Neftin qiyməti düşdü - Dünya bazarında son durum

saytların hazırlanması

Evə çatdırılma

Neftin qiyməti düşdü - Dünya bazarında son durum

İqtisadiyyat

23 May 2024 15:31 1952


Beynəlxalq bazarlarda brent markalı neftin bir barreli 81,69 dollara satılır. 

Yenisabah.az xəbər verir ki, ötən gün 82,63 dollara kimi bahalaşan brent markalı neftin bir barel qiyməti günü 81,9 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,36-da bağlanış vaxtı ilə müqayisədə 0,26 faiz azalaraq 81,69 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 77,25 dollara satılıb. 

Neftin ucuzlaşmasına dünyanın ən çox neft istehlak edən ölkəsi olan ABŞ-da dünən açıqlanan ABŞ Federal Ehtiyat Sisteminin (FED) protokollarının aşağı inflyasiyaya keçidin gözləniləndən daha uzun çəkə biləcəyini göstərməsi təsir edib.  Dördpendirli pizza

FED-in son iclasının protokolları siyasət faizinin gözlənildiyindən daha uzun müddət daha yüksək səviyyədə qala biləcəyini və bəzi bank rəsmilərinin lazım gələrsə faiz dərəcələrini artırmağa açıq olduğunu ortaya qoydu. Protokolların dərcindən sonra bankın sentyabr ayında faizləri endirməyə başlama ehtimalı pul bazarlarında qiymətləndirmədə 50 faizə qədər azalıb. 

Sözügedən azalma ilə bağlı tələsik davranılmaması lazım olduğunu bildirən açıqlamalar neft bazarlarında tələb iştahının yavaşlayacağı və qiymətlərə aşağı istiqamətli təzyiq göstərə biləcəyi narahatlığını artırıb. 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkənin xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon barrel, ticari xam neft ehtiyatlarının isə 1 milyon 800 min barrel artdığını açıqlayıb. 

Bazar gözləntisi xam neft ehtiyatlarının təxminən 2 milyon 400 min barrel azalacağı ilə bağlı idi. Səhmlərdəki artım gözləntilərin əksinə olaraq ölkədə tələb iştahının yavaşladığını göstərmiş və qiymətlərin aşağıya doğru hərəkətini dəstəkləmişdir.

Bildirilir ki, texniki olaraq brent markalı neftin 82,38-83,03 dollar aralığı müqavimət, 80,93-80,28 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!