Neftin qiyməti “fontan“ vurdu:   130 dolları keçdi

saytların hazırlanması

Evə çatdırılma

Neftin qiyməti “fontan“ vurdu: 130 dolları keçdi

İqtisadiyyat

07 Mart 2022 08:39 712


Dünya bazarlarında neftin qiyməti rekord həddə çatıb.

Yenisabah.az xəbər verir ki, "Brent" markalı neftin qiyməti bir barel üçün 130 dollar həddini keçərək 2012-ci ildəki 128 dollar göstəricisini ötüb. Belə ki, Bakı vaxtı ilə 03:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.

Ümumilikdə isə "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq 129,06 dollar/barelə bərabər olub. WTI ("Qərbi Texas") markalı neftin aprel fyuçersləri isə 9,68% artaraq 126,12 dollar təşkil edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!