Neftin qiyməti “fontan vurdu”:  113 dollar...

saytların hazırlanması

Evə çatdırılma

Neftin qiyməti “fontan vurdu”:  113 dollar...

İqtisadiyyat

03 Mart 2022 08:03 1221


Martın 3-də Brent markasından olan neftin qiyməti bir qədər də qalxaraq bir barrel üçün 113 dollar olub.

“Yeni Sabah” xəbər verir ki, bu, 2014-cü ilin iyunundan bəri ən yüksək qiymətdir. Bu arada treyderlər ən böyük qiymət güzəştinə baxmayaraq Rusiya neftini satmaqda çətinlik çəkirlər.

BBC yazır ki, bu, Rusiyanın Ukraynaya hücumu ilə bağlı daşıma və ödənişdə yaranmış çətinliklərlə bağlıdır. Britaniyada mənzillənmiş Energy Aspects konsaltinq firmasının hesablamasına görə hazırda Rusiyanın bazara çıxardığı neftin 70 faizi müştərisiz qalıb. pizza mizza

Məsələn, martın 1-də neft treyderi Trafigura bir tanker Rusiya neftinin qiymətindən 18.60 dollar güzəşt etsə də, üzərinə risk götürən müştəri tapa bilməyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!