Neftin qiymətinin artması Azərbaycana nə vəd edir?   - Deputat açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Neftin qiymətinin artması Azərbaycana nə vəd edir? - Deputat açıqladı

İqtisadiyyat

02 İyun 2021 11:51 989


“Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözlənildiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib. Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir”.

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat qeyd edib ki,  neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq:

“Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. pizza sifarişi

Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirə layiqdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!