Nemət Pənahlının xanımı hansı bizneslə məşğuldur? - Maraqlı fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Nemət Pənahlının xanımı hansı bizneslə məşğuldur? - Maraqlı fotolar 

Maraqlı

18 Yanvar 2023 11:24 20314


Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı TV Müsavat-ın canlı efirində gəlir yerini açıqlayıb. 

Nemət Pənahlı "Necə dolanırsınız?" sualına “Mən arvad hesabına yaşayıram. Yeganə dolanışıq mənbəyimiz odur” - deyə cavab verib. 

61 yaşlı siyasətçi xanımının orta və ali məktəbi qırmızı diplomla bitirdiyini bildirib. Onun sözlərinə görə, siyasi mövqeyi səbəbindən həyat yoldaşı öz ixtisasına uyğun iş tapa bilməyib. Ona görə də o özünü özəl sektorda sınamağa qərar verib.  pizza sifarişi

Siyasətçi xanımının hicablı gəlinləri bəzədiyini bildirib. 

Yenisabah.az Həcər Pənahlının məşğul olduğu işlə maraqlanıb. Məlum olub ki, o, hazırda məşhur gözəllik salonlarından birində çalışır. H.Pənahlı həm ziyafət, həm də gəlin hicablarının bağlanması və bəzədilməsi ilə məşğuldur. 

Gözəllik salonundan “Yeni Sabah”a verilən məlumata görə siyasətçinin xanımı ziyafət hicablarını 30 manata, gəlin hicablarını isə 80 manata bağlayıb aksessuarlarla bəzəyir. 

Xanım Pənahlının gündə bir neçə sifariş götürdüyü deyilir.

Həcər Pənahlının əl işlərini təqdim edirik: 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!