Nənə, baba, ana və körpə qətlə yetirildi -   Bir evdən dörd nəfərin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Nənə, baba, ana və körpə qətlə yetirildi - Bir evdən dörd nəfərin meyiti tapıldı

Kriminal

01 Mart 2021 13:00 1438


Rusiyanın Nijeqorod vilayətinin Kudma qəsəbəsində bir mənzildən dörd nəfərin cəsədi aşkar olunub. Aralarında bir uşağında olduğu şəxslərin qətlə yetirildiyi müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.

“Kudmada dörd nəfər qətlə yetirilib. Nənə, baba, ana və körpə”, - deyə mənbə qeyd edib. Dördpendirli pizza

Ölənlərdən babanın 64, nənənin 63, ananın 41, uşağın isə 5 yaşı var. Hadisə yerinin müayinəsi zamanı istintaqçılar zorakılıq əlamətləri aşkar ediblər.

Rusiya DİN-in Vladimir vilayəti üzrə idarəsindən verilən məlumata görə, cinayətlə əlaqədar dörd nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla əlaqədar yerli prokurorluq orqanları tərəfindən istintaq araşdırmaları aparılır. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!