Nənə və babanın xəstəxanaya atdığı uşaqların – Videosu

saytların hazırlanması

Evə çatdırılma

Nənə və babanın xəstəxanaya atdığı uşaqların – Videosu

Sosial

24 İyul 2019 13:14 1394


Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.

Uşaqları xəstəxanaya nənə-babası atıb. Hadisədən uşaqların atası – Bərdə rayon Körpüqıran kənd sakini Sərxan Kərimov xəbərsiz olub.

Ata xəstəxanaya müraciət edərək uşaqlarını istəyib. Rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının iştirakı ilə müəyyən sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib. Dördpendirli pizza

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, Tərtər rayonu, Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradova ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum olmuş nəvələrini həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb.

Qeyd edək ki, hadisə ötən gün axşam saat 22:00 radələrində baş verib. Uşaqlardan biri doqquz yaşında, digəri isə altı aylıqdır.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!