Meyxanaçı Ələkbər Yasamallı "Şou ATV" verilişinə bacısı oğlunun intiharı barədə açıqlama verib.
Yenisabah.az xəbər verir ki, söz ustadı Şamxalın intihar səbəbini bilmədiyini deyib:
"Evdə yatmışdım, qışqırığa durdum. Gördüm hadisə olub. Mənə böyük bir dərd, müəmmalı ölüm qoydu getdi. Hansısa ailədə intihar görəndə, ürək ağrısı ilə qarşılayırdım. Öz balamda olandan sonra gördüm ki, kifayət qədər ürək ağrısı ilə qarşılamamışam. Səhər 5-ə işləmiş mənim yanımdan getdi. Gedib nənəsini yuxudan oyadıb ki, namaz qılsın. Anamla eyni həyətdə yaşayırıq. Deyir ki, namaz qıldım, yatdım, Şamxal yatmayıb. Sonra yuxudan durub çay qoyub. Gəlib görüb ki, pəncərədən baxır. Çağırıb ki, gəl, Şamxal. Görüb reaksiya vermir. Gəlib ki, özünü pəncərənin dəmirindən asıb. Anam orada bundan sonra necə yaşayacaq bilmirəm". pizza
Qeyd edək ki, 1999-cu il təvəlüddlü Şamxal Niftəliyev bir neçə gün öncə Yasamal rayonunda yaşadığı evdən özünü asıb.
Telegram kanalımız