Ağdaş şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, şəhər sakini, 2018-ci il təvəllüdlü İbrahim Gəraylı həmyaşıdları ilə oynarkən taxtadan düzəldilmiş nərdivan onun üstünə aşıb. Hadisə nəticəsində azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Telegram kanalımız