Əməkdar artist Nərgiz Cəlilova Bəhram Bağırzadə ilə birgə sosial şəbəkədə canlı yayımda olub.
Yenisabah.az xəbər verir ki, aparıcı koronavirusa görə depressiyaya düşdüyünü etiraf edib: "Bir dostum dedi ki, əgər depressiyaya düşərsənsə, onu pik həddə çatdır, yavaş-yavaş adi hala qayıdacaqsan. Mən də depressiyanın pikinə çatdım. Heç kimlə danışmadım, bədbin filmlərə baxdım və kömək etdi".
O, karantin rejimində insanları pozitiv olmağa səsləyib: "Evdə tək yaşayıram. Köməkçim gələ bilmir. Başladım ev işləri görməyə, yemək bişirdim, eyvanda güllərim var onlarla vaxt keçirirəm. Daha pozitiv filmlərə baxmağa başlayıram. Əvvəl insanlar qaydalara riayət etdi, evdə qaldı. Sonra başladılar darıxmağa, aqresivləşməyə: söz atdılar, təhqir etdilər, ittihamlar irəli sürməyə başladılar. Hamını xoşniyyət olmağa səsləyirəm". Sezar pizza
Telegram kanalımız