Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
“Şərq bazarı”nın qarşısında yolu keçən 2003-cü il təvəllüdlü İsmayılova Nəzrin Emil qızını avtomobil vurub. Müxtəlif xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Pepperoni pizza
Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız