Nərimanovda pirotexnika müsadirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda pirotexnika müsadirə olundu

Kriminal

27 Dekabr 2021 15:25 659


Nərimanov rayonunda pirotexniki vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Mehman Abbasov və İlqar Qədirov olub.

Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Pepperoni pizza

Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!