Nərimanovda Qurtuluş Günü qeyd olunub   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda Qurtuluş Günü qeyd olunub - VİDEO

Sosial

15 İyun 2025 11:00 3461


 Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu  Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, qurtuluş gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Yenisabah.az xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev,  YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, millət vəkilləri və digər natiqlər çıxış edərək bildirmişdirlər ki, 15 iyun Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu öndər Heydər Əliyev olmuşdur. Onlar, Ulu öndərin xalqımıza bəxş etdiyi müstəqilliyin Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət sayəsində daha da möhkəmləndirildiyini, Azərbaycanın artıq regionun gündəliyini diktə edən dövlətə, dünya güclərinin hesablaşdığı bir qüvvəyə çevrildiyini vurğulayıblar.

Tədbirə bədii hissə ilə yekun vurulub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!