Xəbər verdiyimiz kimi, bu il iyulun 10-dan etibarən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - paytaxtın Nərimanov rayonunda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.
“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən xüsusi olaraq bu layihə ilə bağlı Nərimanov rayonunda yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş “Mott MacDonald” şirkətinin nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Artur Guasti ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində 3 ay ərzində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib və jurnalistləri maraqlandıran sualları cavablandırıb.
O, bildirib ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsidir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrini dəqiqləşdirilməsi üçündür və hər 2-3 aydan bir təkrarlanması nəzərdə tutulub: Dominos pizza
“Nəzərdə tutulduğu kimi, hər ay kompozisiya araşdırması keçirərək layihənin nəticələrini qiymətləndiririk, hansı sahədə uğurlu, hansı ərazilərdə uğursuzluq olduğunu müəyyən edirik. Burada əsas məqsəd hansı materialların uğurlu, hansının isə uğursuz toplanması, nələri az, nələri isə çox əldə edə bildiyimizi öyrənməkdir.
Layihənin icrasının 3 ayının nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır. Onlar operativ şəkildə aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Gündəlik olaraq “Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırırıq”.



Telegram kanalımız