Nərimanovda yeni layihənın ilkin nəticələri uğurlu alınıb

saytların hazırlanması

Evə çatdırılma

Nərimanovda yeni layihənın ilkin nəticələri uğurlu alınıb

Sosial

22 İyul 2019 06:48 1172


Xəbər verildiyi kimi iyul ayının 10-dan paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb. 

Bakı şəhər İcra Hakimiyyətindən “Yeni Sabah”a ndaxil olan xəbərə görə, hazırlıq və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Maarifləndirici tədbirlər, evlərə paylanan broşurlar, bloklara yapışdırılan elanlar, həyətlərdə, məhəllələrdə keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Meydançalara lazımı miqdarda konteynerlər yerləşdirilrb, həyət və məhəllələrə cavabdehlər təyin edilib, könüllülər gündəlik izahetmə işləri aparırlar. Sanitar-gigiyena tələblərinə uyğun  mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Hər gün konteynerlər yoxlanılır, onların yerləşmə strukturu müzakirə olunaraq optimal variant tapılır, ümumi planda dəyişiklik edilərək mövcud vəziyyətə uyğunlaşdırılır.  Dominos pizza

Layihənin icrasının birinci həftəsinin nəticələri çox uğurludur. Kiçik, çox da vacib olmayan problemlər var, onlar qaçılmazdır və operativ şəkildə  aradan qaldırılır. Hər gün yığılan tullantıların tərkibi və çəkiləri araşdırılır, məlumat bazasına əlavə edilir. Gündəlik olaraq “Təmiz şəhər” ASC-də oluruq və nəqliyyatın gətirdiyi tullantıları orada da araşdırılır. 

Mott MacDonald şirkətinın Tullantı Menecmenti məsləhətçisi Artur Guasti  bildirib ki, bir sıra ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə buna nail oluna bilinmədi. Lakin Azərbaycanda  bu layihənin tətbiqinə nail olacağıq. Birinci həftə ərzində görülən işlərin araşdırılması bunu deməyə əsas verir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!